Almaniya səfirinin müavini "Azərkosmos"da olub

Almaniyanın Azərbaycandakı səfirinin müavini Hayko Şvarts və səfirliyin nümayəndələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.

Bu barədə SİA-ya qurumdan bildirilib.

Məlumata görə, görüşdə qonaqlara "Azərkosmos"un fəaliyyəti, telekommunikasiya və Yerin məsafədən müşahidəsi peykləri vasitəsilə həyata keçirilən layihələr, gələcək inkişaf planları barədə məlumat verilib, ölkədə kosmik sənayenin inkişafı istiqamətində Almaniya şirkətləri ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Bundan əlavə, kosmik sahədə mütəxəssislərin yetişdirilməsi üzrə təhsil proqramlarının inkişafından, o cümlədən elmi tədqiqat imkanlarından bəhs edilib.

Bundan başqa, qonaqlar gələn il Bakının ev sahibliyi edəcəyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin hazırlıq işləri barədə məlumatlandırılıb, Almaniyanın kosmik sahə üzrə fəaliyyət göstərən agentlikləri və şirkətləri tədbirdə aktiv iştirak etməyə dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə