İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində ikinci mərhələnin növbəti çalışmaları yerinə yetirilib.
Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycan snayperləri "Cütlər sıralaması" mərhələsinin "Şəhər əməliyyatı" və "Tənzimləmə" çalışmalarını müvəffəqiyyətlə yerinə yetiriblər.
Çalışmalar zamanı snayperlərimiz cütlük şəklində atəş mövqeyinin seçilməsi, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB