Yüksək təzyiqi olan şəxslərə hansı qidalara diqqət etməlidir? - MÜTƏXƏSSİS AÇIQLADI
"Ümumiyyətlə, dünya standartlarında 120 yüksək, 80 isə normal təzyiq hesab olunur. Bu standartlara görə normal olsa da, hər bir insanın yaşına, çəkisinə görə də fərqlənə bilər. Ancaq bu standartlardan təzyiq yuxarıdırsa, bu, yüksək təzyiq hesab olunur". Bu fikirləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüsenova bildirib.
Onun sözlərinə görə, yüksək təzyiqi olan insanlar vaxtında müalicə olunmasa ürək çatışmazlığı, ürək və beyin damarlarında tıxanmalar, infakt və digər ciddi xəstəliklər yarana bilər: "Ona görə yaşadığımız regionda demək olar ki, insanların əksəriyyətində, xüsusilə də yaşı 30-dan çox olan insanlarda bu xəstəlik daha çox görünür və bu xəstəlikdən əziyyət çəkməmək üçün qidalanma rejminə diqqət etməliyik. Birinci növbədə bəzi qidalar var ki, onlardan uzaq durmaq lazımdır. Duzlu qidalardan, spirtli içkilərdən, eyni zamanda həddən artıq karbohidrat qəbul etməkdən uzaq durmaq lazımdır. Bunlardan istifadə zamanı təbii ki, daha çox təzyiq yüksəlir. Yaxşı olar ki, daha çox protein və zülal tərkibli qidalara üstünlük versinlər. Xüsusilə də, kaliumla zəngin qidalarla qidalanmaq belə insanlara xeyirdir. Daha çox meyvə və tərəvəzlərə üstünlük verməlidirlər. Sağlam qidalanmanı gündəlik həyat tərzinə çevirmək daha gözəl olar. Xüsusilə yağlı qidalardan uzaq durmalıdırlar, onları qida rasionlarından çıxarmalıdırlar. Demək olar ki, hər gün az yağlı süd və süd məhsullarından istifadə etmək də təzyiqi tənzimləyir. Eyni zamanda kaliumla zəngin olan banan, alma, ərik, kök, üzüm, şaftalı kimi meyvələrdən, karof, pomidor kimi tərəvəzlərdən istifadə edə bilərlər. Yaxşı olar ki, qırmızı ətdən uzaq olsunlar. Həftədə bir dəfə az miqdarda istehlak etmək məqsədə uyğundur, balıq və toyuq əti daha yaxşı olar. Bu ətlərdən istifadə edərkən də dəri və yağlı hissələrdən uzaq durmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB