Uşaqları depressiyadan necə xilas etmək olar? - DİQQƏT! - PSİXOLOQ AÇIQLADI
"Uşaqlarda depressiya müxtəlif səbəblərdən olur. Bəzən uşaqlıqda almış olduğu travmalar, ailənin natamam olması onları depressiyaya sala bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, hər yaş dövrünün fərqli depressiyası olur: "Əsasən ən ağır deopressiya yeniyetməlik dövründən başlayır. Yeniyetməlik dövründə depressiyanın yaranması daha çox universitetə qəbul olmaqla, ailədaxili münasibətlər, müəllimlə münasibətlərlə bağlı olur. Uşaqların depressiyaya salmaması üçün ilk növbədə ətrafdakı insanlar onlara qarşı çox həssas yanaşmalıdır. Uşaqlarla bacardığımız qədər sakit və normal mühitdə ünsiyyət qurulmalı və ailəsi ona dəstək olmalıdır. Əgər, ailədaxili münaqişə varsa, uşağın yanında konfliktlər olmamalıdır. Uşaqların depressiyadan qurtulması daha çox həkim və psixoloq köməyi ilə olur. Ailə üzvlərinin də mütləq şəkildə həkim və ya psixoloq ilə təmasda olmaları vacibdir”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB