Təlim proqramının ikinci mövsümünə yekun vurulub - FOTOLAR

Təlim proqramının ikinci mövsümünə yekun vurulub - FOTOLAR

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə gənc sosial işçilər üçün həyata keçirilən “Essentials of Social Work” adlı təlim proqramının ikinci mövsümünə yekun vurulub. Birliyin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təlim proqramının bağlanış mərasimində çıxış edən “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı qeyd edib ki, gənclərlə işin ən vacib məsələlərindən biri bu işi peşəkar şəkildə mənimsəmiş kadrların olmasıdır. Təşkilatın “gənclərlə iş üzrə keyfiyyət nişanı”nın təmin edilməsi, gənc təlimçi və fasilitatorların formalaşması istiqamətində daim çalışdığını bildirən Şahin Rəhmanlı gənclərə gələcək fəaliyyətində uğurlar arzulayıb.

“İrəli” İctimai Birliyinin Sosial iş üzrə katibi, layihə rəhbəriGünel Abbaszadə vurğulayıb ki, layihə sosial işi praktik cəhətdən aşılamağa, sosial işçilərlə və onların fəaliyyətləri iləyaxından tanış olmağa, habelə gənclərin bilik və bacarıqlarınımöhkəmləndirməyə hesablanıb. 42 saatlıq təlim proqramı çərçivəsində müxtəlif mövzularda qrup işləri aparıldığı, sosial iş üzrə müxtəxəssislərlə görüşlərin keçirildiyi də tədbir müddətində diqqətə çatdırılıb.

Qeyd edək ki, gənc sosial işçilər üçün nəzərdə tutulan “Essentials of Social Work” layihəsi çərçivəsində ümumilikdə 100-ə yaxın gənc iştirak edib. Layihənin növbəti mövsümünün sentyabr ayında keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə