Yaradıcı gənclərin yay düşərgəsi başa çatıb

Yaradıcı gənclərin yay düşərgəsi başa çatıb

Qazax Olimpiya İdman Kompleksində yaradıcı gənclərin yay düşərgəsi başa çatıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 39 şəhər və rayondan 65 gəncin iştirak etdiyi düşərgədə yaradıcı qruplar 4 komandaya bölünərək (“Qarabağ”, “Flame”, “Lider” və “Alfa”) fəaliyyətlərdə iştirak ediblər.

Düşərgə müddətində gənclər üçün aktyorluq, foto, təsviri sənət və rəqs kimi incəsənət sahələri üzrə təlimlər və ustad dərsləri keçirilib. Müxtəlif idman yarışları, intellektual oyunlar, incəsənət sahələri üzrə müsabiqələr və yaradıcılıq axşamları təşkil edilib.

Proqrama əsasən gənclərin “Damcılı mağara düşərgəsi”nə, Qazax Ədəbiyyat, Tarix Diyarşünaslıq, Səməd Vurğunun ev muzeylərinə, Qazax Dövlət Rəsm Qalereyasına ekskursiyaları təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə