Qusarda həyata keçirilən Gənclərin Natiqlik Düşərgəsi başa çatıb - FOTOLAR

Qusarda həyata keçirilən Gənclərin Natiqlik Düşərgəsi başa çatıb - FOTOLAR

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinintəşkilatçılığı ilə 11-16 avqust tarixlərində Qusarda həyatakeçirilən Gənclərin Natiqlik Düşərgəsi başa çatıb. SİA xəbər verir ki, Gənclərin Natiqlik Düşərgəsinin əsas məqsədi gənclərarasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vəonların yeni bilik, bacarıqlar əldə etməsinə dəstək olmaqdır.

5 gün davam edən düşərgə çərçivəsində birinci gün“şəbəkələşmə”, “komanda quruculuğu” oyunları, ikinci günpeşəkar təlimçilər tərəfindən “nitqin strukturu”, “effektivnitq”, “verbal və qeyri-verbal natiqlik” mövzularındatəlimlər, üçüncü gün peşəkar Yüksəliş müsabiqəsinin qalibiMehriban Nəzərova ilə “Karyerada natiqliyin rolu” mövzusunda görüş, peşəkar təlimçilər tərəfindən “debat vəonun formatları” mövzusunda təlimlər, müxtəlif idmançempionatları, dördüncü gün komanda şəklində və təkbətəkdebatlar, beşinci gün isə Qusarın Laza şəlaləsinə yürüş və“Code Tusi” intellektual komanda oyunu təşkil olunub.

Natiqlik Düşərgəsinin bağlanış mərasimində fəal gənclər, keçirilən müsabiqələrin qalibləri müxtəlif hədiyyələrləmükafatlandırılıb və bütün iştirakçılar sertifikatla təltif olunub.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə