Azərbaycanlıların Armavirdə görünməsi erməniləri təşvişə salıb

Azərbaycanlıların Armavirdə görünməsi erməniləri təşvişə salıb

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Armavir şəhərində azərbaycanlıların peyda olması ilə bağlı “Hraparak” qəzetinin yazdıqlarını təkzib edib. SİA erməni mətbuatına istinadən xəbər verir ki, Xidmətdən “Azərbaycanlılar Armavirdə peyda olub, özlərini aqressiv aparıblar” başlığı ilə dərc olunan məqaləyə dərhal reaksiya verib.

MTN adları çəkilən şəxslərin şəxsiyyətinin müəyyən edildiyini bildirib. "Onlar Ermənistanda qanuni yaşayan və işləyən İran vətəndaşlarıdır", - təhlükəsizlik xidmətinin bəyanatında deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə