Qanunsuz bilet satışının qarşısının alınması üçün hansı tədbirlər görülür? - QURUM RƏSMİSİ AÇIQLADI

17 avuqst tarixində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Viktoriya" oyunu çərçivəsində qanunsuz bilet satışını həyata keçirən şəxslər aşkar edilib. Keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətdən satmağa çalışan şəxslərdən müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən 150 bilet aşkarlanaraq aidiyyat üzrə təhvil verilib. Bəs, qanunsuz bilet satışının qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev SİA-ya açıqlamasında bildirib ki, qanunsuz bilet satışı ilə bağlı çevik reaksiya verilməklə hər bir məlumat yoxlanılır və qanunamüvafiq tədbirlərin görülməsi təmin edilir: "UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində paytaxtda keçirilən futbol matçına qanunsuz bilet satışı ilə məşğul olan 29 nəfər müəyyən olunaraq saxlanılmışdır. Onların da hər biri barəsində də İXM-nin müvafiq maddəsinə əsasən protokollar tərtib olunub".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə