Sosial sığortalardan hansı hallarda yararlana bilərik? - ARAŞDIRMA

Sosial sığorta dövlət sosial siyasətinin ən mühüm istiqamətlərindən biridir. Ümumi qəbul edilir ki, bu, sosial, əmək və sosial-iqtisadi münasibətlərin tənzimlənməsinin real mexanizmlərindən biridir. İşəgötürənlərin istehsalı təşkil edənləri və müəssisələrdə çalışanları, habelə bu sahədə peşəkarlıqla çalışanları əhatə edən geniş fəaliyyət sahəsidir.

Sosial sığorta sivil cəmiyyətin ən mühüm sərvətidir. 2 iyun 1903-cü il dövlət sosial sığortasının rəsmi yarandığı tarix hesab olunur. Vaxtilə İmperatorların ən yüksək icazəsi ilə “Zavod, mədən və dağ-mədən sənayesi müəssisələrində fəhlə və qulluqçuların, habelə onların ailə üzvlərinin bədbəxt hadisələri nəticəsində zərər çəkmiş şəxslərin mükafatlandırılması qaydaları” tətbiq edilmişdir.

Burada işinin xarakterindən asılı olmayaraq bütün işçilərə xəstəlik, hamiləlik və doğuş, xəsarət nəticəsində müvəqqəti olaraq qazancının itirilməsi halında müavinətlərə zəmanət verməyi nəzərdə tutulmuşdur.

Sosial sığorta sisteminin formalaşmasının ilk mərhələsi idi. Sosial sığortanın inkişafının ikinci və ən uzun mərhələsi 60 il davam edib.

1964-cü ildə SSRİ Nazirlər Sovetinin “Kolxoz üzvlərinin, mütəxəssislərin, baş mühasiblərin dövlət sosial sığortası haqqında” fərmanının qəbulu ilə ilk dəfə olaraq kənd təsərrüfatı işçilərinin ayrı-ayrı kateqoriyaları müalicə və istirahət üçün müavinət almağa başlayıblar. Xüsusilə doqquzuncu beşillik (1971-1975) illərində işçilərin sosial sığortasını yaxşılaşdırmaq üçün bir çox yeni qərarlar qəbul edilmişdir.

Buraya xəstə uşağa qulluq üçün müavinətlərin artırılması, işləməyən əlillərə müavinətlərin verilməsinin yaxşılaşdırılması, hamiləlik və doğuş zamanı qadınlara verilən müavinətlər daxildir. Davamlı təcrübənin hesablanması qaydalarının təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Müvəqqəti əlilliyə görə müavinətlərin hesablanması zamanı bonusların uçotu üçün yeni qaydalar tətbiq edilmişdir. 1970-ci illərin sonunda həmkarlar ittifaqlarının bütün rayon komitələri sosial sığorta təlimatçısının tariflərini, sonra isə baş mühasibin sosial sığorta üzrə müavininin tariflərini tətbiq etdilər.

Həmkarlar ittifaqı hərəkatının ictimai xarakter daşıması, ölkədə gedən sosial-iqtisadi proseslərə real təsir olmaması sosial sığortanın ən mühüm prinsiplərinin – cəmiyyətin və dövlətin qayğıya görə məsuliyyətinin həyata keçirilməsini tam təmin edə bilməmişdir.

Ölkədə özəlləşdirmə getdikcə sürətlə gedir, getdikcə daha çox yeni müəssisələr yaranır, mülkiyyət formaları dəyişir. Mənfəət dalınca bir çox müəssisələr, yeni yaradılmış səhmdar cəmiyyətləri, müxtəlif kommersiya strukturları öz işçilərinin sosial sığorta xərclərini süni şəkildə aşağı salmağa, müəssisələrində sağlamlıq proqramlarını, o cümlədən sanatoriya müalicəsini ixtisar etməyə başlayırlar. Dövlət zəmanəti ilə müavinətlərin, sanatoriya-kurort müalicəsi üçün verilməsi ilə bağlı olduğundan, sosial müdafiə sahəsində vətəndaşların hüquqlarının pozulması tendensiyası açıq şəkildə müşahidə olunur.

Bu gün ölkə iqtisadiyyatında, əhalinin sosial müdafiəsinin inkişafında çox şey dəyişir. Bu proseslər dövlət sosial sığortasından yan keçmir. Hazırda istehsalatda bədbəxt hadisələrdən zərər çəkmiş və ya müxtəlif vaxtlarda peşə xəstəliyinə tutulmuş şəxslərə müavinətlər müntəzəm və vaxtında ödənilir. Bu mexanizm düzgün işləyir və sıradan çıxmır. Lakin dövlətin sosial sığorta sistemi qarşısında qoyduğu vəzifələri uğurla həll etmək üçün sosial sığortanın bütün mexanizmlərindən istifadə edərək irəli getmək lazımdır.

Azərbaycanda 2022-ci ilin yanvar-mart aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 047 408,3 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% və ya 152 118,3 min manat artıb, daxilolmalar üzrə proqnoz 86 602,1 min manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19% artaraq 649 803,9 min manat təşkil edib, proqnoz 118,2% icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% artaraq 35,3 mln. manat olub, proqnoz 112.3% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,1% artaraq 25,7 mln. manat təşkil edib, daxilolmalar üzrə proqnoz 122,5% icra olunub.

İqtisadçı Azər Mehtiyev SİA-ya açıqlamasında Sosial sığortalar insanların həyatını insanların yaşam durumu ilə bağlı baş verə biləcək müəyyən arzu olunmaz halların aradan qaldırılması üçün tətbiq olunan sığorta növüdür deyərək qeyd edib. Sosial sığortaların müxtəlif növləri var. İnsanların pensiya alması üçün, tibbi sağlamlıqlarını qorunması üçün, iş yerini itirilməsinə görə işsizlik sığortası, əmək qabilyətlərini itirdiyinə görə əlllikk halların yaranması ilə bağlı sığortalar mövcuddur. Bu sığortaların bəziləri həm icbari, həm könüllü ola bilər. Məsələn, pensiya fonduna aid olunmalar icbari xarakter daşıyır. Azərbaycanda bu növ təqaüdə çıxma sığortası hələ ki, dövlət tərəfindən həyata keçirilir. Dövlət Sosial Müdafiə Fondunda insanlar pensiya yaşına çatdıqda həmin sığorta hesabına pensiya alırlar. Ancaq eyni zamanda xaricdə özəl pensiya fondları vardır ki, insanlar icbari sığortadan əlavə həm də bu cür fondlardan yararlana bilirlər. Tibbi sığorta həm könüllü həm icbari ola bilər. İcbari tibbi sığortanın mahiyyəti ondan ibarətdir ki, insanlar sadəcə olaraq imkanı olanda deyil, tibbi müayinəyə ehtiyacı olan zaman müraciət edirlər və bunun hesabında da həmin şəxsin müalicə alması zamanı imkanı olub-olmamasından asılı olmayaraq həmin icbari tibbi sığorta hesabına insanlar tibbi xidmətlərdən yararlanmış olur. Yəni, sistemin mahiyyəti həmrəylik sistemidir. Həm sağlam insanlar həm xəstə insanla müayinəsi üçün pul vermiş olurlar. Təbii ki, bu dövlət tərəfindən təyin olunan normalar çərçivəsində olur. İnsanlar müvəqqəti olaraq iş yerini itirdikdə insanlar bu fond hesabına işsizlik müavinatını əldə etmiş olurlar. Bu cür sığortalar adətən hökümət tərəfindən icbari sığorta kimi tətbiq olunur.

Düzdür, hələ ki, icbari sığortanın yalnız işləyən şəxslər ödəyir, müəssələr ödəyir. Bir çox kategoriyalar var ki, pensiyaçılar, uşaqlar, hərbçilər onların tibbi sığortaları dövlət tərəfindən ödənilir. Özünəməşğulluq əhalinin hələ ki, hər hansı rəsmi formada qeydiyyatdan keçmədən işləyənlərin sığortası 2024-cür ilin yanvarın 1-nədək dövlət tərəfindən həyata keçirilir. Qanunda deyilir ki, 2024-cü ildən həmin şəxslərin özləri hər ay icbari tibbi sığorta ödəməlidirlər. İcbari tibbi sığorta paketinə daxil olan xidmətlər siyahısı hökumət tərəfindən təsdiq olunur. Orada hazırda 2550-dən çox tibbi xidmətlər mövcuddur. Və insanlar həm də Təbibin tərkibində olan dövlət xəstəxanalarına getməklə bu xidmətlərdən faydalana bilərlər.

Sosial sığorta, əslində, müvafiq normativ və aktların nəzərdə tutur və işçilərin əmək münasibətlərin zamanı gəlirləri müəyyən olunmuş formada və həcmdə vəd edilməsi, həm də onların itirilmiş tərəflərin qarşısını almağa yönəlmiş bir təminat formasıdır və bu, bütün dünyada qəbul edilir.
Bu sözləri iqtisadçı Razi Abbasbəyli deyib. Əsasən, işçilərin sosial sığorta olunması prinsipləri sosial hadisələrin müəyyən edilməsi növləri vardır. İcbari dövlət sığortası işə götürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müəyyən edilmiş məbləğdə müəyyən edilir. Sosial sığorta, əslində, müvafiq qaydada təmin edilir və sosial sığorta şəhadətnəmələri verilir. İşçilərin sosial sığorta hüquqlarını məhdudlaşdıran və yaxud da pozan hər hansı fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur. Bu baxımdan da, sosial sığortanın əhəmiyyəti, xüsusilə də, işçilərin gələcəkdə mənafelərini əmək fəaliiyəti dövründə hər hansı zədə aldıqda və ya əmək qabiliyyətini itirdikdə bu sığorta təminatı həyata keçirilir. İşə götürən tərəfindən bu qaydalar pozulduqda ona 6 ay müddətində yeni iş yerinin tapılmasına qədər sosial sığorta ödənişləri həyata keçirilir ki, onu da işə götürən ödəməlidir. Azərbaycanda mövcud qanunvericiliyə görə sosial sığortanın 2 formada məcburi və könüllü qaydada tətbiq olunur. Məcburi dövlət sosial sığortası sığorta edənlər tərəfindən bütün dövlət müqaviləsi, kontraktlar üzərində həyata keçirilməsi nəzərdə tutulur.
Qanunvericiliyə müəyyən edilmiş əmək pensiyaları da sosial sığortaya aiddir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, eyni zamanda, nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşaqlara qulluq müavinəti də mövcuddur. Sosial kurort və istirahət mərkəzlərindən yararlanmaq üçün qismən və tam müavinətlər mövcuddur. Sanitariya və kurort üzrə xərclərin tam ödənilməsi və qismən ödənilməsi Azərbaycanda hələ tam olaraq həyata keçirilmir. Sosial sığortanın Azərbaycanda 7-yə yaxın növü mövcuddur. Amma Azərbaycanda Nazirlər Kabinetinin 2020-ci ildə verdiyi qərara uyğun olaraq ölkənin bütün əhalisinin icbari tibbi sığortanın tətbiqi həyata keçirilmişdir. İcbari tibbi sığorta növləri üzrə Azərbaycanda müxtəlif kategoriyalar tətbiq olunur. Bu ildən etibarən icbari tibbi xidmətlərinə əlavə daxil etmələr də vardır. Bunlar analoji xəstələrin müalicəsi, bir sıra cərrah əməliyyatların həyata keçirilməsi siyahıya əlavə edilir. Azərbaycanda ağır transplantasiya əməliyyatları nəzərdə tutulmuş xəstələrə də aid edilib. Bu baxımından, aparılan islahatları mütərəqqi hesab etmək olar, ümid edirəm ki, yaxın gələcəkdə icbari tibbi sığorta sisteminə daxil edilən tibbi xidmətlər kifayət qədər genişlənəcək. İcbari sığorta üzrə növlər Cənubi Qafqazda ən çox tətbiq olunan prosesdir. Bir çox ölkələrdə də Azərbaycanda tətbiq olunan icbari tibbi sığortalar tətbiq olunmayıb. Baxmayaraq ki, bir neçə ölkə illər öncə Azərbaycanla sığorta sistemin tətbiqinə başlayıb, amma hələ ki, onlarda göstərilən tibbi xidmətlər ölkəmizdəki kimi zəngin deyil.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə