Qonşusunu anasının gözləri qarşısında öldürməyə cəhd edən şəxsin cinayət işi məhkəməyə göndərilib

Evinə zorla daxil olub qonşusunu öldürməyə cəhd edən şəxs barəsində istintaq olunan cinayət işi tamamlanıb.

Bu barədə SİA-ya Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2022-ci il yanvarın 28-də Sabirabad rayonu, Qarağac kənd sakini İmaməli Hacıyevin kəsilmiş-deşilmiş xəsarətləri alması faktı üzrə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İstintaqla zərərçəkmişin qonşusu Hikmət Mirzəyevin qeyd edilən tarixdə zor tətbiq etməklə İmaməli Hacıyevin yaşadığı evə daxil olub sonuncunun anasının gözləri qarşısında qisas niyyəti ilə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Hikmət Mirzəyevə Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...