Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Sabah saat 08:00-dan avqustun 21-i saat 20:00-a qədər Bakının Nizami rayonunun Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə təmir işləri aparılacaq.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Agentlik sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə