Milli Kitabxanada “Mirvarid Dilbazi” adlı sərgi olub

Bu il XX əsr Azərbaycan lirikasının ən görkəmli simalarından olan Mirvarid Dilbazinin anadan olmasının 110 illik yubileyi tamam olur. SİA xəbər verir ki, Mirvarid Paşa qızı Dilbazi yaradıcılığa hələ təhsil illərində başlamış, qadın azadlığı mövzusunda yazdığı “Qadınların Hürriyəti” adlı ilk şeiri 1927-ci ildə “Oktyabr alovları” adlı jurnalda dərc edilmişdir. Daha çox lirik şairə, tərxüməçi kimi tanınan Mirvarid Dilbazi sədətini saf məhəbbətdə axtaran, sədaqət timsalı bir qadındır. Şairənin lirikasında analıq dünyasının rəngarəng məqamları üz əksini tapmışdır. Mirvarid Dilbazinin yaradıcılığında Vətəni müdafiə mövzusu əsas yer tutur. Vətən müharibəsi illərində şairənin yeddi kitabı nəşr olunmuşdur ki, bunlardan altısı Vətən müharibəsinə həsr olunub.

Mirvarid Dilbazi Azərbaycanın ictimai-siyasi həyatında XX əsrin sonlarından tarixi hadisələrə şahid olaraq dəyərli lirik əsərlər yaradıb. Öz el-obasından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə həsr etdiyi ”Ağla, kamanım, ağla”, “Qoymayın ağlayım məni” və digər şeirləri bu mövzuda yazılan ən dəyərli poeziya nümunələridir.

Şairənin şeirləri həmçinin dünyanın bir çox yerində tərcümə olunaraq nəşr olunb. Mirvarid Dilbazinin Xatirə adında yeganə bir qız övladı var. Şairə 2001-ci il iyul ayının 12-də vəfat etmişdir.

Mirvarid Dilbazinin 110 illik yubileyi münasibətilə M.F.Axundov adına Azərbaycan Mili Kitabxanasının əməkdaşları tərəfindən “MirvaridDilbazi” adlı virtual sərgi hazırlanıb.Virtual sərgidə Mirvarid Dilbazi haqqında rəsmi sənədlər, fotolar, kitablar və məqalələr nümayış olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Mirvarid_Dilbazi/index.htmlinkindın istifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə