Ailədaxili qətllərin sayının artmasının səbəbləri nələrdir? - DİQQƏT! - PSİXOLOQ AÇIQLADI

“Ailədaxili qətllərin sayının artmasının müxtəlif səbəbləri var. Bu səbəblərin içərisində sosial şəbəkələrdən istifafə qaydasının bilinməməsi, ailədə yaranmış fiziki zorakılıq, xəyanətdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, ailəsindən, həyat yoldaşından gizlin açılmış sosial şəbəkələr üzə çıxdıqda və ya ər bunu tutduğu zaman həyat yoldaşının ona xəyanət etdiyini düşünür və aqressiyayla addım atır: “Bildiyimiz kimi indiki gənclər həddindən artıq emosiyalıdır. Onlar emosiyalarına hakim ola bilmədikdə qətllərin baş verməsi qaçınılmaz olur. Ailədaxili qətllərin sayının artmasının digər səbəblərdən biri isə ailədə psixoloji uyuşmanın olmamasıdır. Yəni iki insan bir-birini anlaya və başa düşə bilmir. Bu səbəbdən kiçik bir məsələ ailədaxili qətlin baş verməsinə səbəb ola bilir.

Bu qətllərin qarşısının alınması üçün gənclərimizin psixoloji dəstəyə ehtiyacı var. Hazırda bəzi kişilərdə “otello” sendromu var. Bu gün ailədə yaranan söz-söhbət şiddətə çevrilə bilir. Burada təkcə ər-arvad münasibətləri əsas deyil. Hətta biz qaynatanın gəlinini baltaladığı xəbərini də eşitmişik. Bu səbəbdən düşünürəm ki, sahə həkimlərimiz olduğu kimi sahə psixoloqlarımız da olmalıdır. Çünki ailədaxili münaqişənin olacağı təqdirdə həmin şəxslər birbaşa psixoloq nəzarəti altına keçməli və gələcəkdə baş verə biləcək qətllərin qarşısı alınmalıdır”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə