ASAN könüllüləri narkomaniyaya yox deyirlər - FOTOLAR

17 avqust 2022-ci il tarixində ASAN könüllülərinin təşkilatçılığı ilə sayca 3-cü dəfə “Narkotikə yox deyək” adlı növbəti maarifləndirici aksiya baş tutub. Görüşün məqsədi iştirakçıları bu istiqamətdə maarifləndirmək olub. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini Fərid Sadıxlı, jurnalist-bloger Nail Kəmərli, narkomaniyadan müalicə alıb sağalan şəxslər iştirak ediblər.

100 nəfərdən çox ASAN könüllüsünün iştirak etdiyi tədbirdə Nail Kəmərli narkomaniya ilə bağlı uzun müddət etdiyi araşdırmalar, qarşılaşdığı acı reallıqlar barədə ərtaflı məlumat verib.

Narkomaniyadan uzun müddət müalicə alıb sağalan və hal-hazırda narkotikdən əziyyət çəkən şəxslər ASAN könüllüləri ilə öz acı təcrübələrini bölüşüb, onlara tövsiyələr verib və suallarını cavablandırıblar.

Aksiya çərçivəsində əvvəl də iki bənzər görüş baş tutub. Həmin görüşlər Bakı şəhərində yerləşən orta məktəblərdə reallaşıb və ümumilikdə 1100 gənci əhatə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...