Son on gündə 6 nəfəri gün vurub - Səhiyyə Nazirliyi

Avqustun 7-dən bu günə kimi təcili tibbi yardıma günvurma ilə əlaqədar 6 nəfər müraciət edib.

SİA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi-eksperti, terapevt Zakir Quliyev deyib.

O qeyd edib ki, onlardan 3-ü hospitalizasiya olunub, 3-nə isə yerində yardım göstərilib.

"Hospitalizasiya olunanlardan 1-i azyaşlıdır. Hazırda onların vəziyyəti kafi olaraq qiymətləndirilir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə