Əsəbləşən insanlar niyə belə edir? - PSİXOLOQ İZAH ETDİ

"Ümumiyyətlə, insanlar aqressiv və ya çox xoşbəxt olduğu zamanlarda öz hisslərini tam olaraq ifadə edə bilmirlər. Bəli, bəzi insanlar var ki, əsəbləşdikdə ağlayır. Əsəbləşmək psixoloji gərginlikdir və o an insan hisslərinə hakim ola bilmir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Fətəli deyib.

Onun sözlərinə görə, elə insanlar var ki, hər hansı bir mənfi hadisə baş verdikdə bunu gülərək büruzə verir: "Bu, sinir gülüşüdür. Yəni, şadlıq və ya xoşbəxtlik gülüşü deyil".

Psixoloq sözlərinə belə davam edib: "Bəzən olur ki, insanlarda emosionallıq dəyişir. Yəni, hisslərini doğru ifadə edə bilmir, baş verən gərginlikdən sıxılır və emosiyalar qarışaraq idarəetməni itirir. Sinirlər o qədər gərilir ki, insan onu idarə edə bilmir, gülmək əvəzinə ağlayır və yaxud da ağlamaq əvəzinə gülür".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə