Yuxu problemi niyə yaranır? - PSİXOLOQ AÇIQLADI

Yuxu problemi niyə yaranır? - PSİXOLOQ AÇIQLADI

"Yuxu, psixoloji və fizioloji sağlamlığımızı hər gün yeniləməyimiz üçün vacib olan və yaşamımıza təsir edən ən önəmli parçadır". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Cəmilə Abbasova bildirib.

Onun sözlərinə görə, sağlıqlı bir yuxu gün ərzində xoşbəxt, hüzurlu və hətta uğurlu olmamız üçün beynimizi, bədənimizi yeni günə hazırlayan, əvvəlki yaşantılarımızı, hiss və düşüncələrimizi, yeni planlarımızı hazırlamamıza kömək edən psixobioloji müddətdir: "Yuxu müddəti yaşa görə dəyişə bilər. Əsasən, 7-9 saat aralığı yuxu tam alınmalıdır.
Bir müddət fiziki olaraq istirahət etmədiyimizi də və ya günə yorğun başlayırıqsa, bu zaman yuxu pozuntusundan şübhələnə bilərik. Yetərli qədər yatmamaq və ya yuxu zamanı davamlı görülən yuxular beyni aktiv şəkildə saxladıqda həm fiziki, həm də psixoloji olaraq gərginlik yaranır.
Yuxu pozuntusunun əlamətləri nələrdir və hansı problemlərə yol açar;
Yuxulamama
Davamlı yatma
Xorlamaq
Yuxuda düzgün nəfəs almama
Gecələr tərləmək
Tez-tez tualetə getmək
Yuxu zamanı ağızda quruluq və ya burun tutulması
Yorğun oyanma
Yaddaşsızlıq, diqqətsizlik, tez əsəbləşmə, cinsəl istəksizlik və s.
Həll yolu nədir:
Müxtəlif yuxu testləri olunar. Problemin əsas səbəbi öyrənilər. Pasienti tanımaq və kömək etmək üçün onun haqqındakı anamnez tam toplanar. Yuxu problemi ilə bağlı bəzi analizlər alınması üçün də həkimə yönləndirilər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə