"Beynəlxalq Ordu Oyunları-2022" yarışlarında Azərbaycan pavilyonuna maraq böyükdür" MN

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyası Moskva şəhərinin Alabino poliqonunda təşkil olunan “Dostluq evi”ndə yaradılmış Azərbaycan pavilyonu ziyarətçilərdə böyük maraq doğurur. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Oyunlarda iştirak edən nümayəndələr və qonaqlar sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, eləcə də məişətinə aid nümayiş olunan ekspozisiyaları maraqla izləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə