"Bakmil" stansiyasından istifadə edən sərnişinlərin NƏZƏRİNƏ!

Aparılmış monitorinqlərin nəticəsi və sərnişinlərin müraciəti nəzərə alınaraq, “Bakmil” stansiyası istiqamətində qatarların hərəkət cədvəlinə düzəliş edilib.

Bu barədə SİA-ya QSC-dən bildiriblər.

Yay qrafikinin iş günləri cədvəlinə edilmiş əlavəyə uyğun olaraq, hər iş günü aşağıda qeyd edilən istiqamətlərdə qatarların hərəkəti təşkil olunacaq:

06:40-da - “Nərimanov” stansiyasından “Bakmil” stansiyasına;

07:16-da - “Bakmil” stansiyasından “Nərimanov” stansiyasına.

Bütün xəbərlər Facebook səhifəmizdə