Əncirin faydaları nələrdir? - MÜTƏXƏSSİS AÇIQLADI

"Əncir çox faydalı meyvələrdəndir. Hər meyvə və tərəvəzdə olduğu kimi, ənciri də mövsümündə yemək vacibdir. Quru ənciri ilboyu əldə etmək mümkündür. Ancaq təzə əncir avqust və sentyabr aylarında yetişir". Bu fikirləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, orta ölçülü əncirin kalorisi 35-40 kaloridir: "Sağlamlıq baxımından çox faydalı olan əncirin tərkibində natrium, kalium, maqnezium mineralları və C,B3, B6, B2, K vitaminləri olmaqla yanaşı, liflə də zəngindir.
100 qram quru əncir yedikdə orqanizmin gündəlik ehtiyacı olan kalsiumun 17 %-i, dəmir və maqneziumun 30%-i, fosforun 20%-i, B1 vitamininin 5%-i, B2 vitaminin isə 4%-i qarşılanır.
Qan təzyiqinin tənzimlənməsində böyük rolu olan kaliumla zəngindir.
Lazımi qədər meyvə və tərəvəz qəbul etməyən, hazır natrium tərkibi yüksək qidalarla qidalananlarda kalium çatışmazlığı baş verir və bu, hipertoniyaya səbəb olur.
Liflə zəngin olduğu üçün çəki azaltmada da əncir çox faydalıdır.
1 orta ölçüdə əncirdə 1 qram lif var və bu, gündəlik ehtiyacımız olan lif miqdarının 6%-ni təmin edir. Eyni zamanda, əncirlə şirni ehtiyacımızı da ödəmiş oluruq. Əncir orqanizmi zərərli bakteriyalardan da qorumaqda faydalıdır. Tərkibində zəngin liflərlə həzmi asanlaşdırır.
Fosfor və kalsium tərkibi sümük və dişlər üçün də faydalıdır.
Əncirin tərkibində olan benzaldehid adlı maddə xərçəngli hüceyrələrin böyüməsinin qarşısını alır.
Tərkibində yüksək miqdarda kalium və maqnezium olduğuna görə insulin ifrazını tənzimləyir. Buna görə diabetli xəstələr də əncir yeyə bilər.
Yüksək lif tərkibinə görə bağırsaqları təmizləyir və qəbzliyin qarşısını alır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...