"Beynəlxalq Ordu Oyunları-2022" yarışlarında Azərbaycan ekspozisiyası maraq doğurub - FOTOLAR

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyası Moskva şəhərinin Alabino poliqonunda təşkil olunan “Dostluq evi”ndə Azərbaycan pavilyonu yaradılıb. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib.

Oyunlarda iştirak edən nümayəndələr və qonaqlar sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, eləcə də məişətinə aid nümayiş olunan ekspozisiyaları maraqla izləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə