Bakının Nizami rayonunda su kəsiləcək - DİQQƏT!

Bakının Nizami rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə SİA-ya "Azərsu" ASC-dən bildirilib.

Magistral su kəməri üzərindəki siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar 14 avqust 2022-cil tarixində gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə