Yeddi ayda Qəbələdə sənaye məhsulu istehsalı 24,1 faiz artıb

Cari ilin yanvar-iyul aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələrində faktiki qiymətlərlə 69 milyon 84 min manatlıq məhsul istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 milyon 433,5 min manat və ya 24,1 faiz çoxdur. İstehsal edilən sənaye məhsulunun 12,1 faizi dövlət, 87,9 faizi qeyri-dövlət sektorunun payına düşür.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, Qəbələ rayonunun sənayesi əsasən, mədənçıxarma, qida məhsulları və tikinti materiallarının istehsalı, elektrik enerjisi və qazın bölüşdürülməsi, təchizatı, suyun təmizlənməsi və paylanması, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir. Müddət ərzində rayonda istehsal olunan sənaye məhsulunun 84,8 faizi emal sektorunun payına düşüb.

Cari ilin yanvar-iyul aylarında rayonda 8 milyon 482,6 min manatlıq sənaye məhsulu ixrac olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...