Ən yaxşı jurnalist işi üçün “Sərhədsiz Xəzər” müsabiqəsi elan edilib
Həştərxan vilayətində “Sərhədsiz Xəzər” müsabiqəsi doqquzuncu dəfə keçiriləcək.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Xəzər regionu ölkələri ərazisində fəaliyyət göstərən KİV-lər, yaradıcı qruplar, təşkilatlar və müəlliflər iştirak üçün öz işlərini göndərə bilərlər. Nəticədə işlər peşəkar münsif heyəti tərəfindən dəyərləndiriləcək.
Müsabiqədə iştirak üçün müraciətləri 2022-ci il avqustun 21-dək (avqustun 21-i də daxil olmaqla) aşağıdakı nominasiyalar üzrə vermək mümkündür: “Xəzər fotosu”, İnsan və dəniz”, “Xəzər ölkələrini kəşf edərkən”, “Xəzər – sağlamlıq ərazisi”, “Yeni baxış”.
Müsabiqədə iştirak üçün müraciətləri elektron şəkildə [email protected] ünvanına rus, ingilis dillərində və yaxud Xəzəryanı region ölkələrindən birinin rəsmi dilində, rus dilinə tərcümə olunmaqla göndərmək mümkündür. Müraciətlərin qəbulu 2022-ci il avqustun 21-dək (avqustun 21-i də daxil olmaqla) həyata keçiriləcək.
Müsabiqənin nəticələrinə Xəzər mediaforumu - 2022 çərçivəsində yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB