Çin səfiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub

Çinin Azərbaycandakı səfiri Gua Min Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.

Mərkəzdən SİA-ya verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi və xanım səfir danışıqlar zamanı IX Qlobal Bakı Forumunun hesabatı təqdim olunmuş və X Qlobal Bakı Forumuna hazırlıq haqqında, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılmışdır.

Çin Xalq Respublikasının Səfirinə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2021-ci il Nizami Gəncəvi ili elan olunması çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “The Magic of the Pen: Select Miniatures from the Khamsa of Nizami Ganjavi” adlı kitabı təqdim olunmuşdur.
Həmçinin səfirə Çin Xalq Respublikası ilə olan əməkdaşlığımız zamanı keçirilən tədbir və görüşlərlə bağlı sərgi təqdim edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə