"Ev şəraitində turşu bağlanmasına son qoyulmalıdır" - AİB SƏDRİ BİLDİRDİ

“Azərbaycanın süfrə mədəniyyətində qəbul olunması mümkünsüz olan bir neçə yanaşma var. Bunlardan biri ev şəraitində turşu bağlamaqdır. İnsanlar bilməldir ki, torpaq bütün sərvətlərin mənbəyidir. Bununla belə torpaq eyni zmaanda ən təhlükəli bakteriyaların mənbəyidir. Evdə turşu bağlamaq kimi adətə son qoyulmalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

AİB sədrinin sözlərinə görə, turşu insan sağlamlığı üçün faydalı qida hesab olunmur: “Xüsusən də ev şəraitində heç bir texniki amillə riayət etmədən bağlanılan turşular insanların tədricən və birbaşa zəhərlənməsi ilə nəticələnir. Təsadüfi deyil ki, statistikaya baxdığımız zamanda turşulardan zəhərlənmə halının yüksək olduğunu müşahidə edirik. Əgər kimsədə turşuya qarşı düşgünlük varsa onda yalnız sənaye istehsalı ilə hazırlanan turşudan istifadə etməlidir. Mən şəxsən yerli sənayə üsuli ilə hazırlanan turşu mərkəzlərində olmuşam ki, orada bütün təmizlik və gigiyena qaydalarına əməl olunaraq turşular hazırlanır. Evdə birmənalı şəkildə turşu hazırlanmasına son qoyulmalıdır. Biz görürük ki, bazarlarda evdə hazırlanmış turşuların satışı geniş vüsət alıb. Düşnürəm ki, Qida Təhlükəsizlik Agentliyi bunun qarşısını dərhal almalıdır. Bütün fəsillərdə ev şəraitində hazırlanmış turşulardan imtina olunmalıdır. Sənaye üsulu ilə hazırlanan turşulara da üstünlük vermək olmaz. Biz bunu da nəzərə almalıyıq. Davamlı olaraq turşu yemək insan sağlamlığı üçün xeyirli deyil. Biz uzun müddət bazarlarda böyük plastik qabların içərisində kələmlərin aktiv sirkə ilə qarışdırılmış şəkildə satıldığının da şahidi oluruq. Yaxşı ki, Qida Təhlükəsizlik Agentliyi yarandıqdan sonra bu kimi halların qarşısı alındı. Həmçinin plastik qabların içərisnə üzüm yarpaqları atılaraq, aktiv sirkə ilə qarışdırılır. Təbii ki, bu da arzuolunmaz bir haldır. Çox təəssüflər olsun qeyd etdiyim bir çox hallar hələ də öz aktuallığını qoruyub-saxlayır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...