Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

Bu il avqustun 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 694,1 minə çatıb.

SİA İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 292,1 min vahid və yaxud 20,8% çoxdur.

Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 261,1 min vahid və yaxud 48,4% artaraq 801 minə çatıb.

"Bu, 3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsidir", - deyə qurum bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə