Bu il Azərbaycanda 1 726 əkiz doğulub

Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 61234 doğulan körpə qeydə alınıb.

Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 11,3-dən 12,3-ə qədər artıb.

Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,7 faiz, qızların xüsusi çəkisi isə 47,3 faiz təşkil edib. Körpələr arasında əkiz doğulanların sayı 1726, üçəm doğulanların sayı isə 87 olub.

Bütün xəbərlər Facebook səhifəmizdə