Beynəlxalq Əmək Təşkilatı: Dünyada işsizlik azalıb

Beynəlxalq Əmək Təşkilatı: Dünyada işsizlik azalıb

Dünyada gənc işsizlərin sayı azalsa da, pandemiyadan əvvəlki dövrlə müqayisədə yüksək olaraq qalır.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) son hesabatında bildirilib.

Hesabat müəlliflərinə görə, gənc işsizlərin sayı son 1 ildə 2 milyon nəfər azalaraq 73 milyon nəfər təşkil edib. Lakin bu rəqəm 2019-cu ildəkindən 6 milyon nəfər çoxdur.

BƏT-in ekspertləri qadınlar arasında işsizliyin yenə də yüksək olduğunu qeyd edirlər. Onların fikrincə, Ukrayna böhranı dünyanın əksər ölkələrində yeni iş yerlərinin yaradılmasını ləngidir. Lakin İnternetin əhatə dairəsinin genişlənməsi 2030-cu ilədək 24 milyon yeni iş yeri yaradılmasına səbəb olacaq. Bu yerlərin əksəriyyətini gənclər tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə