Şəkinin təsərrüfatlarında 111 min tondan çox qaba yem tədarük olunub

Şəkinin təsərrüfatlarında 111 min tondan çox qaba yem tədarük olunub

Şəkili heyvandarlar payız-qış mövsümündə mal-qaranın yemə olan tələbatının tam şəkildə ödənilməsini təmin etmək üçün indidən ciddi hazırlaşırlar.

SİA AZƏRTAC-a istinadən xəbər verir: Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu günədək rayonun təsərrüfatlarında 111 min tondan çox qaba yem tədarük olunub. Tədarük edilən yemin 56,8 min tonunu quru ot, 54,2 min tonunu isə küləş təşkil edir. Yem tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 min tonadək artıb.

Təsərrüfatlarda, eyni zamanda, payızlıq dənli bitkilərin səpini üçün yay şumunun çıxarılması da davam edir. Torpaq mülkiyyətçiləri bu günədək 27 min hektar sahədə şum aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə