Epilepsiya nədən yaranır? - MÜTƏXƏSSİS DANIŞDI

Epilepsiya nədən yaranır? - MÜTƏXƏSSİS DANIŞDI

"Epilepsiya xroniki bir xəstəlikdir. Doğuş zamanı və ya hər hansı bir səbəbdən beyin zədəsi yaşayan insanlarda yaranır". Bu fikirləri SİA-ya açıqlamasında nevroloq Emin Nəsirov bildirib.

Onun sözlərinə görə, ən çox bilinən formada özünü epileptik tutmalarla göstərir: "Epileptik tutmalar anidən meydana gəlir və beyinin bütün hissəsinə və ya xüsusi bir hissəsinə yayılır.

Epilepsiya nədən yaranır?
Bu xəstəliyin baş verməsinin səbəbi sinir sisteminin pozulmasıdır. Amma heç də psixi xəstəlik deyildir. İnsan çox əsəbləşəndə, tez-tez spirtli içkilər qəbul edəndə, hətta çoxlu dərman qəbul edəndə də epilepsiya tipli tutmalar təhlükəsi meydana çıxır.

Epilepsiya və ilk tibbi yardım:
Xəstəni iti və ya sərt əşyalardan (iti bucaqlar və s.) uzaqlaşdıraraq və ya xəstənin yanından uzaqlaşdıraraq qoruyun!
Dar paltarları varsa, paltarlarını boşaldın (qalstuk, kəmər kimi), geyinirsə, eynəyini çıxarın!
Ağzını və tənəffüs yollarını açıq tutun ki, rahat nəfəs alsın!".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə