"Cizgi filmlərin və kinofilmlərin həyatımızda rolu həm müsbət , həm də mənfi olaraq çox böyükdür. İlk olaraq qeyd etmək istəyirəm ki, 3 yaşa kimi uşağın televizor qarşısında saatlarla vaxt keçirməsi onun psixi inkişafına faydadan çox ziyan vurur. Bu, uşaqda diqqət, reaksiya zəifliyi, pedaqoji ləngimə və s. kimi problemlərə yol aça bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Tahiba Quliyeva bildirib.

Psixoloq qeyd edib ki, cizgi filmləri uşaqlar üçün öyrədici xarakter daşıyır: "Cizgi filmlərdən uşaq faydalı məlumatlar öyrəndiyi kimi, qorxunu, aqressiyanı, şiddəti də öyrənir. Buna görə cizgi filmləri uşağın yaşına və inkişafına uyğun seçilməli, müəyyən zaman dilimi ilə izlətdirilməlidir. Bildiyiniz kimi, bu gün dünyada bir çox mesajlar subliminal olaraq cizgi filmləri ilə uşaqların beyinlərinə ötürülür. Uşaqlar arasında hansısa oyunlar oynayıb, cizgi filmlər izləyib intihar halları baş verir. Son zamanlarda cizgi film vasitəsilə uşaqlara LGBT təlqin edilir. Dünyada bir çox ölkədə qadağan edilmiş Buzz lightyear cizgi filmi təəssüf ki, son günlərdə bizim kinoteatrlarımızda nümayiş etdirilir. Bu haldan bir çox valideynlər narahatlıq və şikayətlərini dilə gətirsələr də, məsələ öz həllini hələ də tapmayıb.
Cizgi filmlər seçərkən onun aqressiya, şiddət, qorxu məzmunlu olmamasına, uşağın diqqətini inkişaf etdirməsinə, öyrədici, uşağın inkişafına uyğun olmasına, qulağı narahat edən kəskin səslərin olmamasına, gözü yormayan rənglərdə olmasına diqqət yetirilməlidir. Cizgi filmləri uşaqlara saatlara izlətdirilməməli, onların inkişafına fayda verməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB