Səyavuş Əlizadə tərəfindən təsis etdiyi Sevda Abdullayeva adına “Xəzər” Muzey Mərkəzi
Səyavuş Əlizadənin 22 il ərzində topladığı kolleksiyalardan formalaşan muzey Bakının Şağan qəsəbəsində yerləşir. 12 mindən çox eksponatın toplandığı mərkəzdə Əməkdar artist Bəhruz Zeynalov, Xalq rəssamı MirNadir Zeynalov, akademik Məşədixanım Nemətova, yazıçı Ələviyyə Babayeva, aktyor Hamlet Xanızadə, şair Bəbir Məmmədzadə, keramist-rəssam Ədalət Bayramlı və digər görkəmli şəxslərin külliyyatı əsasında formalaşan muzey əslən şağanlı olan pedaqoq Sevda Abdullayevanın adını daşıyır.
Sevda Abdullayeva Şağan qəsəbəsi 124 saylı orta məktəbin direktoru olmuş, Muzeyin yaradılması və gələcəkdə genişləndirilməsi, vahid məkanda yerləşməsi üçün öz həyətyanı sahəsini təmənnasız olaraq hədiyyə etmişdir. 2021-ci il 7 dekabr tarixində Muzey Mərkəzinin açılışı zamanı Mərkəzin adını təsisçi kimi tərəfimdən Sevda Abdullayevanın adını olaraq elan edilmişdir.
“Xəzər” Muzey Mərkəzinin Təyinatı əsasən Çağdaş Azərbaycan tarixi, Bakı və Abşeron Etnoqrafiyası və görkəmli insanların irslərinin toplanması, öyrənilməsi və təbliği fonunda formalaşmaqdadır.
Muzeydə olan maraqlı kolleksiyalardan AXC və Mühacir Azərbaycana aid materiallar, Bonistika, Filoteliya, Azərbaycan tikmə sənəti, Siqaret və papiros, eskiz, etüd, qrafika və onun növləri, dünya rəssamlarının əsərlərindən ibarət kolleksiyaların adlarını çəkə bilərik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB