Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün bir çox tədbirlər görülüb
“Mən inanıram ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir, çünkü gələcəyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını millətini sevən gənclərdir.
Heydər Əliyev
Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdəndir. Torpaqlarımızın bir qismi işğal altında olduğu bir zaman bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edirdi. Çünkü dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarət idi. Gənclərin vətənpərvərvərlik ruhunun yüksək olması hər mənada dövlətin uğuruna xidmət edir.
Gənclərin asılı olmayaraq Azərbaycan dövləti tərəfindən son illər bu istiqamətdə bir sıra addımlar atmış, sistemli işlər görmüşdür. Bütün bunlarla yanaşı gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması ilk növbədə onların milli-mənəvi özünüdərkindən keçir. Azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərə bağlılığı çox önəmlidir və vacib əhəmiyyət kəsb edir.
Hazırki dövrdə etiraf etmək lazımdır ki, kifayət qədər ayıq-sayıq olan gənclər var. Gənclərin vətənpərvər ruhda böyüməsi üçün milli qəhrəmanların təbliği mühüm rol oynayır.
Azərbaycan tarixində saysız-hesabsız qəhrəmanlar olub. Onların döyüş yolu və ya şəhidlik məqamı gənclər üçün həyat məktəbidir. Cəmiyyət bütövlükdə dərk etməlidir ki,milli şüurunun inkişafı, vətənpərvərlik ruhunda yetişməsi dövlət və cəmiyyət üçün də vacib ehtiyaclardandır.
Çünki gənclik hər bir xalqın gələcəyini, onun inkişaf yolunu müəyyən edən, cəmiyyətin içtimai-siyasi həyatında ön sıralarda gedən aparıcı qüvvədir. Məhz bu gün gənclərmizin hər bir sahədə qazandığı uğurlar ölkəmizin inkişaf səviyyəsini, yüksəlişini, ictimai-siyasi potensialını təbliğ edən ən vacib meyarlardandır. Dövlətimiz də bu meyarı dəyərləndirərək gənclərimizdən diqqət və qayğısını əsirgəməyib, hər zaman onlara qabiliyyət və imkanlarını inkişaf etdirmək üçün lazımi göstərişlərini verib.
Nəzərə almaq lazımdır ki,vətəndaş cəmiyyətlərinin əsas vəzifələrindən biri də gənclərdə elmə və təhsilə olan marağın və eləcə də vətənpərvərlik ruhunun artırılmasına kömək etmək, gənclər arasında milli –mənəvi dəyərlərimizi təbliğ etmək, sağlam həyat tərzinin formalaşdırılmasına kömək etməkdən ibarətdir. Dövlət qurumları gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında duran vəzifələrdən biri də Azərbaycan üçün əsl vətəndaş yetişdirməkdir. Azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğinə böyük ehtiyac vardır.
Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olaraq qalır. “Millətin vətənpərvərliyi onun tamlığı, bütövlüyünün təməlidir” desək,bəlkə də səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik süuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı suverenliyi ilə ölçülür. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı Vətənə, millətə layiq olmanın ən uca və ali formasıdır.
Bu gün Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrinədir.
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, öz ata-babasının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.
Ümumiyətlə düşünürəm ki, fənnindən aslı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duğusunu öyrətməyi bacarmalıdır.
Vətənpərvəlik bir fərdin duyduğu sevgi ilə bağlılığıdır .Bu anlayış tarixin müəyyən dönəmlərində fərqli mənalarda işlədilib. Millətçilik hisslərinə yaxın anlayış kimi qəbul edilsə də,vətənpərvərlik heç vaxt millətçiliyi təbliğ edən anlayış olmayıb.
XIX əsrdə vətənpərvəlik millətçiliklə birgə bir anlayış olaraq qəbul edilməyə başlamışdır.
Vətənpərvərlik ən məşhur mənasıyla Vətənini sevmək, Vətən üçün hər fədakarlıq etmək hissləridir. Bu gün Azərbaycanda vətənpərvərlik torpağa, Vətənə bağlılığı ifadə edir.
Gənclərin Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələri öyrənməsi onlarda bu biliklərini əqidəyə çevirərək vətənpərvərlik hisslərinin artmasına xidmət edir.
Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında verilən məlumatlar, aşılanan biliklər də güçlü təsir qüvvəsinə malikdir. Şagirdlərə aşılanan vətənpərvərlik tərbiyəsi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyüməsin, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi kefiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir.
Milli Azərbaycan Tarixi Muzeyində Vətən Müharibəsi Fondu yaradıldığı zamandan günümüzədək bu fondun əməkdaşlarının təşəbbüsü və iştirakı ilə bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, aktual mövzular ictimaiyyətin diqqətinə çatdırılmışdır.
Fond əməkdaşlarının zəhməti sayəsində fonnda qorunan şəhid, qazi və dövlət qurumuna məxsus 2 356 ədəd inventar qeydə alınmışdır. Belə materialların tanıdılması və beynəlxalq mühitdə işıqlandırılması fond əməkdaşlarının gələcək vəzifələrinə daxildir.
Xalqın hər nümayəndəsi vətənpərvər olmağı bacarmalıdır. Bu müasir zamanın tələbidir.
Əzimova Pərvanə,
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun baş mütəxəssisi, YAP “Azərbaycan tarixçiləri” ərazi təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB