Bakı aeroportunun enerji təminatı üçün ehtiyat mənbələri işə salınıb

Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan fasilələrlə əlaqədar sərnişin terminallarının elektrik enerjisi ilə təmin olunması üçün ehtiyat mənbələrdən istifadə edilir.

Bu barədə SİA-ya aeroportun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, hazırda hava limanının müvafiq xidmətləri hadisənin nəticələrinin aradan qaldırılmasına başlayıb.

Məlumatda həmçinin qeyd edilib ki, Bakı hava limanının müntəzəm enerji təchizatının bərpası üçün bütün lazımi addımlar atılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...