Qısqanclıq sevgidən yaranır? - PSİXOLOQ AÇIQLADI

“Təbii ki, hər şey öz dərəcəsində gözəldir, həmçinin qısqanclıq da”. Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı bildirib.

Onun sözlərinə görə, qarşı tərəfi əzməmək şərti ilə, qarşı tərəfin həyatını kabusa çevirməyəcək dərəcədə qısqanclıq gözlədir: “Qısqanclıq təbii ki, sevginin göstəricisidir. Amma onun da dərəcəsi var, artıq olduqda problem yaranır. Hər bir insan sevdiyini itirməkdən qorxur, sevdiyini paylaşmaqdan qorxur. Buna görə də qısqanclığı xəstəlik halına gətirməyən insanlarla münasibət də adama xoş olur. Həyatda hər kəsin önəm verdiyi şeylər var. Qarşı tərəfin qadına qadağa qoyması qadının həmin şeyə önəm verməsi ilə bağlıdır. Əgər qadının etməyəcəyi bir şeyi qadağa qoyarsa qadın fikirləşir ki, onsuz da mən bunu etmirəm və belə şeyə qadağa qoymaq mənasızdır. Bir də təbiət olaraq qısqanc olan insanlar var. Onlar hər şeyi qısqanırlar, eqoist yanaşırlar.

Özgüvənsiz insanların yaratdığı qısqanclıq təbii ki, həm insanın özünü, həm də qarşısındakı insanı fəlakətə sürükləyir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...