Tanınmış aparıcıdan sərt reaksiya

Aparıcı İlkin Həsəni bir müddət əvvəl gündəm olan bazarda şort qadağasına maraqlı reaksiya verib. SİA xəbər verir ki, o şortik geyinərək öz videosunu izləyiciləri ilə bölüşüb. Videonun fonunda isə qadağa ilə bağlı hazırlanan reportajdan səslər yer alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl "Meyvəli bazar"-ın rəhbərliyi kişilərin şortla girişini qadağan edib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə