Bakıda fəaliyyət göstərən mağazada nöqsanlar aşkarlanıb

Bakıda fəaliyyət göstərən mağazada nöqsanlar aşkarlanıb.

Bu barədə SİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi 16, mənzil 1 ünvanında yerləşən, fiziki şəxs İsrafilov Heydər Bayram oğluna məxsus “İran nemətləri” mağazasında keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, mağazada yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi, mal qonşuluğu prinsipinə, həmçinin temperatur rejiminə əməl edilmədiyi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar satışdan çıxarılıb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Bütün xəbərlər Facebook səhifəmizdə