2 rəis vəzifələrini icra edə bilmədiyinə görə işdən çıxarıldı

"Azəristiliktəchizat" ASC-nin Bakı şəhəri 7 saylı və Gəncə şəhəri İstilik Sistemləri İstismar Sahələrinin rəisləri tutduqları vəzifələrdən azad ediliblər.

SİA xəbər verir ki, bu barədə ASC-nin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, vəzifəli şəxslərin işdən çıxarılmasına onların 2022-2023-cü illər payız-qış mövsümünə hazırlıq tədbirlərinin lazımi səviyyədə icra etməməsi səbəb olub. Bundan başqa, səhmdar cəmiyyətdə müxtəlif vəzifələr tutan 4 nəfərə axırıncı xəbərdarlıqla töhmət elan edilib.

“Bununla bərabər müvafiq İstilik Sistemləri İstismar Sahələrinin rəhbərlərinə xidmət zonalarına daxil olan təhsil və səhiyyə müəssisələri, həmçinin yaşayış binalarında monitorinqlərin aparılması, aşkar edilmiş çatışmazlıqları rəsmi şəkildə qeyd edilən obyektlərin balans saxlayıcılarına çatdırılması və bu çatışmazlıqların onlar tərəfindən aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib”, - deyə məlumatda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...