Evin tək övladı hərbi xidmətə getməlidir? - HƏRBİ EKSPERT AÇIQLADI

"Evin tək uşaqlarının hərbi xidmətə çağırılması Azərbaycan qanunvericiliyinə uyğundur". Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 12 faiz ailələr yalnız tək oğlan uşağına malikdir: "Belə olan halda onların hərbi çağırışdan saxlanılması üçün veriləcək hər hansı bir qərar Azərbaycanın təhlükəsizliyi baxımından yanlış bir qərar olardı. Digər tərəfdən isə belə bir qərar digər ailələrin də tək oğul övladı ilə kifayətlənməsi ilə nəticələnər ki, bu da Azərbaycanda əhali artımını minimallaşdıra bilər. Bu hər iki ehtimal Azərbaycanın milli və dövlət maraqlarına uyğun deyil. İstənilən halda hər bir şəxsiyyət unikaldır, onun təkrarı və bənzəri yoxdur. Ailədə bir övlad da olsa, 2 övlad da olsa Azərbaycanımız üçün öz hərbi vəzifəsini yerinə yetirməyə borcludur. Hesab edirəm ki, Azərbaycan gənclərinin özləri də bu qərarı dəstəkləməzlər. Çünki bu qərarda bir diskriminasiya məsələsi də var. “Niyə mənim qohumum vətəni qoruyur, amma mən qoruya bilmirəm” deyə cavanlarımız bunu fikirləşirlər. Məsələnin digər tərəfi də budur. Evin tək övladının hərbi xidmətə aparılması məsələsi hazırda Azərbaycan Respublikasında gündəm deyil. Uzun illərdir ki, bu qayda qüvvədədir və bu qayda effektiv şəkildə işləyir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə