Ötən həftə 700 hektara yaxın ərazi minalardan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan SİA-ya bildirilib ki, avqustn 1-dən 6-na qədər 204 piyada əleyhinə mina, 32 tank əleyhinə mina və 29 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 697 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə