Rusiya hərbçiləri Mehri-Aqarak yolunda post qurublar

Rusiya sülhməramlıları Mehri-Aqarak yolunda post qurublar və hər iki tərəfə gedən maşınlarda yoxlama aparırlar. Bütün vətəndaşları saxlayır, yoxlama aparır və yalnız bundan sonra onları buraxırlar. SİA xəbər verir ki, bu barədə Yerevan.Today portalı yazır.

“Ermənistan hakimiyyəti bu barədə vətəndaşlara əvvəlcədən məlumat verməyib və hələ də heç bir izahat verməyib. Bu, Qafan-Çakaten və Gorus-Qafan yollarındakı maneələrlə yanaşı, Zəngəzur (Sünik - ermənilər belə adlandırır) rayonunda yaranan üçüncü maneədir. Fərq ondadır ki, ilk iki yolu azərbaycanlılar tutub. Bununla da iş bitmir. Ermənistan hökuməti Noyemberyan şossesi yaxınlığında dolama yol çəkir, çünki məlumatlara görə, bu yol delimitasiya-demarkasiya adlı “anklavların təslim edilməsi” proqramı çərçivəsində azərbaycanlılara veriləcək”, - portal yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə