Aşura günü bədənə xəsarət yetirənləri nə gözləyir? - DİQQƏT! - DİN XADİMİ AÇIQLADI
Günümüzdə Aşura günü zəncir və ya sinə vuraraq bədənə xəsarət yetirməklə qan çıxaranlar var. Bəs, bunlar İslam dininin normalarına uyğundur? İslam alimləri də bildirirlər ki, sinə vurmaq, baş yarmaq, kəsici alətlərlə, zəncirlə öz bədəninə hər hansı zərər yetirmək cahillik əlamətidir və İslam tənqidçilərinin əlinə əlavə bəhanə verən rituallardır. Bunlar nə dərəcədə düzgündür? Əslində proses necə olmalıdır? SİA mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevin fikirlərini öyrənib.
Onun sözlərinə görə, Aşura mərasimi keçirilməsi ənənəvidir: "Burada ədəb-ərkan qaydaları maksimum qorunmalı, bu günə ehtiram olunmalı və şəhidlərin ruhları yad edilməlidir.
Məclisin özünün adət-ənənə və keçirilmə qaydaları var. Sakitliyə riayət olunması da bura daxildir. Burada sinə və ya zəncir vurma deyilən hallar mərsiyyələr əsasında ritmik olur. Bu heç bir alim tərəfindən qadağan edilmir”.
Fuad Nurullayev sözlərinə belə davam edib: “Baş yarmaq, kəsici alətlərlə, zəncirlə öz bədəninə hər hansı zərər yetirmək, bədəndən qan çıxarmaq alimlərin özü tərəfindən də bəyənilmir. Məzhəb alimləri baş yarmağı haram buyurublar. Həmçinin, bu qadağan edilib.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi bir neçə illər bundan öncə təşəbbüs irəli sürüb ki, Aşura günü ilə əlaqədar olaraq qanvermə aksiyası keçirilsin. Ona görə də Səhiyyə Nazirliyi ilə birgə Qafqaz Müsəlmanları İdarəsi bu təşəbbüsü aparır. Azərbaycanın bir sıra yerlərində də qanvermə aksiyaları keçirilir. Bu ünvanlar Qafqaz Müsəlmanları İdarəsinin saytında yerləşdirilib”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB