Bu avtomobil yolu ilə hərəkət edən sürücülərin NƏZƏRİNƏ

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 58-ci km-lik hissəsində (Şamaxı rayonu istiqamətində) 5-6 avqust tarixlərində təmir işləri icra olunacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə