Uşaqların bağçaya getməsi önəmlidir? - DİQQƏT! - PSİXOLOQ DANIŞDI

Uşaqların bağçaya getməsi önəmlidir? - DİQQƏT! - PSİXOLOQ DANIŞDI

“Uşaqlar yalnız ailə içərisində böyüdükdə təbii ki, bu onların inkişafına mənfi təsir göstərəcək. Uşaq cəmiyyət içərisində olarsa, öz yaşıdları ilə ünsiyyət qurarsa bu zaman daha çox inkişaf etmiş olar. Baba, nənə yanında böyüyən uşaqlar bilirik ki, biraz davranış pozuntulu uşaqlar olur. Çünki baba-nənə öz nəvələrinə “etmə”, “olmaz” kimi sözlərdən istifadə etmir". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Leyla Fətəli bildirib.

Onun sözlərinə görə, asosial olan uşaqların əksəriyyəti bağçaya getməyən uşaqlardır: "Bugünkü uşaqların inkişafının ləngimə səbəbi onların çox vaxt televizor, telefon, planşetlə zaman keçirməsidir. Yaxud da öz əşyalarını heçkəslə paylaşmaq istəmirlər. Bağça isə uşaqların həyatına müsbət cəhətdən yaxşı təsir edir. Bağça uşaqlara paylaşmağı, nitqin inkişafını, öz fikirlərini səlis ifadə etməyi öyrədir. Həmçinin böyük və kiçik matorikanı inkişaf etdirir. Ümumiyyətlə bağça birmənalı olaraq uşağın bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır.

Bağça həyatı görməyən uşaq birdən-birə məktəbə başlayanda təbii ki, çətinlik çəkir. İstər qavramada, istərsə də sosiallaşmada. Ailədə böyümüş uşaq birbaşa məktəbə gedəndə bu onlarda travma yaradır. 4 yaşına qədər gələn uşaq məktəbəqədər hazırlığa getdiyi zaman anadan ayrılmalı olur və 3-4 saat bilmədiyi mühitdə oturmağa məcbur olur. Müəlliminin et dediyini etməli, etmə demədiyini etməməlidir. Bu uşaq üçün travmatik durum yaradır. Bu zaman uşaq özünü ailəsi, anası tərəfindən atılmış hiss edir, ağlayır, uşaqda bəzi davranış pozuntuları yaranır, əsəb gərginliyi formalaşır. Məcbur oluruq uşağı psixoloq yanına aparaq ki, bu problemlər aradan qalxsın.

Bu problemlərin yaranmaması üçün uşağın bağçaya getməsi vacibdir. Bağça qayda-qanundan əvvəl uşağa əylənməyi, paylaşmağı, əylənərək öyrənməyi aşılayır. Daha sonra uşaq hər şeyi yavaş-yavaş dərk edir və artıq məktəbə getməli olduğunu anlayır. Bugünkü dövrdə uşaqlar mütləq bağçaya getməlidir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə