Konserv olunmuş qidalar nələrə yol açır? - MÜTƏXƏSSİS AÇIQLADI

Konserv olunmuş qidalar nələrə yol açır? - MÜTƏXƏSSİS AÇIQLADI

“Yaz-yay mövsümü qidaların çox çeşidli olduğu bir dövrdür. Buna görə təzə qidalardan, meyvə-tərəvəzlərdən və yeni bişirilmiş yeməklərdən istifadə olunmalıdır”. Bunu SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüsenova bildirib.

Mütəxəssisin sözlərinə görə, yeni məhsulların qida dəyəri daha çoxdur və faydalıdır. Həmçinin orqanizmdə daha tez həzm olunur və orqanizm üçün mikro və makro elementlər tənzimlənir: “Lakin konservləşdirilmiş qidalar ilk növbədə çox keyfiyyətli hazırlanmalı və qablaşdırılma prosesinə də diqqət olunmalıdır. Konservləşdirilmiş qidalar elə vasitələrdən hazırlanmış qablarda saxlanılmalıdır ki, zəhərlənmə halları baş verməsin. Əsas məsələlərdən biri isə konservləşdirilmiş məhsullarda demək olar ki, vitamin dəyəri həddindən artıq istiliyə məruz qalıb hazırlandığı üçün qidaların vitamin dəyəri itir. Xüsusilə də B və C vitaminləridir ki, konservləşdirilmiş məhsullarda demək olar ki, bu vitaminlərə rast gəlinmir. Bundan əlavə olaraq zülal tərkibli qidalar var ki, ət və balıq məhsullardır ki, onların tərkibində də kalsium və digər maddələr də tamamilə itir və ya azalır. Məhz bu səbəbdən də yeni məhsullar ilə qidalanmaq daha yaxşıdır. Xüsusilə konserva məhsullarını yayda qəbul etmək ona görə təhlükəli hesab olunur ki, konservləşdirilmiş məhsul açıldıqda birdəfəlik istifadə olunmalıdır. Əgər konservlər açıq şəkildə qalarsa bu da onun tərkibində bakteriyalarının çoxalmasına səbəb olur. Bu hallar da zəhərlənməyə səbəb olur. Zəhərlənmə nəticəsində maddələr mübadiləsi, həzm sistemi pozulur və ya bu ölümlə belə nəticələnir. Təbii ki, hər bir insanın fərqli immun sistemi olduğu üçün də fərqli təsir göstərə bilər. Ona görə də yaxşı olar ki, bu kimi məhsullardan istifadə edərkən diqqətlə istifadə olunsun. İnsanların özləri konserva düzəldirsə həmin qidanı şüşə qabda saxlamaq daha yaxşıdır. Həmçinin seçilən məhsullar və qidalar tam sağlam və təzə şəkildə olmalıdır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə