Uşaqları dodağından öpmək doğrudur? - VACİB MƏQAMLAR - PSİXOLOQ AÇIQLADI

Uşaqları dodağından öpmək doğrudur? - VACİB MƏQAMLAR - PSİXOLOQ AÇIQLADI

"Uşaqları dodağından öpmək fikri mübahisəlidir. Bir qrup bunun yanlış olmadığını, sevgisini elə göstərdiyini desə də, digər qrup bunun doğru olmadığını bildirir". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Tahiba Quliyeva bildirib.
Onun sözlərinə görə, uşağın dodağı onun şəxsi zonası olduğu üçün ona digərləri toxuna bilməz: "Uşağın alnından və yanağından öpmülməsi daha doğrudur. Valideyn ona sevgisini belə göstərə bilər, lakin uşaq valideyn və digərləri arasındakı fərqi dərk edə bilməyəcək. Uşaq valideyni tərəfindən dodağından öpüldüyü zaman digərləri öpdükdə də o bunun normal olduğunu düşünəcək. Bundan başqa uşaq təqlid edərək həyatı öyrəndiyi üçün bu davranışı özü digərlərinə də edəcək. Beləliklə, uşağın şəxsi zonasına digər insanlar da daxil olmuş olacaq. Bundan başqa bu, uşaqda gələcəkdə yox deyə bilməmək, öz haqlarını tələb edə bilməmək kimi problemlərə də yol aça bilər. Daha sonra tibbi sağlamlıq cəhətdən də bu doğru hesab edilmir. Körpənin ağız gigiyenası ilə böyüklərin gigiyenası bir deyil. Böyüklərdə olan bakteriyalar uşağa dodaqdan öpüldükdə keçə bilər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə