Son zamanlarda insanlar hazırlanması tez olur deyə ayaqüstü qidalara üstünlük veririlər. Marketlərdə satılan hazır qidalar bəs nə qədər sağlamdır? Bəzən işdə fasilə zamanı bəzən isə evdə asan hazırlanır deyə bu məhsullardan istifadə edirik. Bəs görəsən şəhər sakinlərinin hazır qidalarla bağlı təəssüratları nədir?
Şəhər sakini Gülşən Şirinova: "Əslində bu qidalar sağlam qidalar deyil. Bəzən görürük ki, uşaqlar alıb onu yeyirlər. Onun əvəzinə ev yeməkləri yesələr daha yaxşı olar. Mən bu məhsullardan istifadə etmirəm. Mənə görə heç sağlam qidalar deyil. Amma kim istifadə edir onlara söz deyə bilmərəm".
Şəhər sakini Əziz Məmmədov: "Əlbəttə ziyanlıdır. Bu məhsulları çox vaxt tez ərsəyə gəlir deyə tələbələr hazırlayır. Elə hesab edirəm ki, bu cür qidalar insanın sağlamlığına heç bir müsbət təsir göstərə bilməz. Tövsiyyəm odur ki, bu məlsullardan uzaq dursunlar. Onların əvəzinə gözəl-gözəl milli yeməklərimiz var, onlardan yesinlər".
Şəhər sakini Leyla Hüseynova: "Məncə də bu qidalar ziyanlıdır. Amma hazırlanması tez olur deyə çox insan bunlardan istifadə edir. Mən də bəzən istifadə edirəm. Dadı yaxşı olur. Hər gün istifadə etmirəm amma çox az hallarda istifadə edirəm. İşləyən insanlar üçün də hazırlaması rahat olur".
Şəhər sakini İsmayıl Zülfiqarov: "Marketlərdə satılan hazır qidalardan çalışdığım qədər uzaq dururam. Hələ bu məhsulların heç bir faydasını görən olmayıb. Faydalı deyil, sadəcə tez hazırlanır. Alanda heç olmasa gərək son istifadə tarixlərinə nəzər yetirsinlər. Bunlardan zəhərlənmə halları da yüksək ola bilər".
Şəhər sakini İlhamə Talıbova: "Mən qətiyyən marketlərdə satılan haır yeməklərin istifadəsinin tərəfdarı deyiləm. Əksinə çox ziyanlıdır. Bunu heç uşaqlara da vermək olmaz. Valideynlər gərək övladlarına nəzarət etsinlər. İçərisində nə olduğu heç bəlli deyil".
Şəhər sakini Rafiq Həmidov: "Düşünürəm ki, bu cür məhsullardan istifadə etməsələr daha yaxşı olar. Onun əvəzinə başqa qidalar almaq yaxşı olar. Amma hər kəsin öz seçimidir. Uşaqlara valideynləri verməsə daha yaxşı olar. Həm bu cür yeməklər, həm də "fast-fud"lar orqanizmə ziyandır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB