FHN bulvarda intihara cəhd edən qadını belə xilas etdi

FHN bulvarda intihara cəhd edən qadını belə xilas etdi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-Bulvarı” dalğıc axtarış qrupunun müvafiq xilasetmə qüvvələri tərəfindən 1991-ci il təvəllüdlü S.Ağakişiyeva xilas olunaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə